Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Cəmiyyət » Piyadaların təhlükəsizliyinin təmin edilməsi istiqamətində yeni tədbirlər həyata keçiriləcək
26.01.11 03:57

2011-ci il ərzində hərəkətin bir mərkəzdən idarə və nəzarət olunması nəzərdə tutulan xüsusi əmr imzalanıb. KƏLAMİNFO xəbər verir ki, bu barədə Bakı şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin Hərəkətin təhlükəsizliyinin təbliği və ictimai qurumlarla əlaqə bölməsinin rəisi, polis polkovnik-leytenantı Vaqif Əsədov bildirib. «Həmin əmrə müvafiq olaraq Bakı şəhər Baş Polis İdarəsində cəmlənən yetərincə qüvvənin hesabına təhlükəsizliyin tam təmin olunması üçün «Yol hərəkəti haqqında» Qanunun tələblərinə uyğun bütün mümkün tədbirlər görüləcək, məqsədli şəkildə keçirilən qabaqlayıcı tədbirlər hesabına yol-qəza hadisələrinin sayının aşağı salınması istiqamətində qanunamüvafiq şəkildə fəaliyyət göstərəcək, hər bir hərəkət iştirakçısının təhlükəsizliyini təmin edəcək, nəinki sürücülərin, ümumiyyətlə, piyadaların da təhlükəsizliyinin təmin edilməsi istiqamətində yeni tədbirlər həyata keçirəcəyik”, - deyə Vaqif Əsədov vurğulayıb.
URL / WWW
http://kelam.az/article/a-2806.html