Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Elm və təhsil » Məleykə Abbaszadə: “Ötən tədris ilində ölkə üzrə ali məktəblərə qəbul planı 90,90% yerinə yetirilib”
25.01.11 19:57

Bu gün Tələbə Qəbulu üzrə Dövlət Komissiyasında (TQDK) sədr Məleykə Abbaszadə ötən ilin yekunları ilə bağlı mətbuat konfransı keçirib. KƏLAMİNFO xəbər verir ki, konfransda M.Abbaszadə ilk növbədə 2010/2011-ci tədris ilində ali məktəblərə qəbul olan tələbələrin statistikası barədə məlumat verib.Onun sözlərinə görə, ötən tədris ilində ümumilikdə ali məktəblərə 30 min 510 tələbə qəbulu nəzərdə tutulub ki, bunlardan da 52 yer qəbul imtahanlarında müsabiqədən kənar iştirak edən abituriyentlər tərəfindən tutulan yerlərdir. “Qalan 21 min 145 yer Azərbaycan, 3 min 683 yer rus bölməsi üçün ayrılıb. 5 min 630 yer isə hər iki bölmənin birgə müsabiqəsi üçün nəzərdə tutulmuşdu. Ötən ilin qəbul planının 25 min 949 yeri dövlət, 4 min 561 yeri isə özəl ali məktəblərin payına düşürdü. Bütün bunların davamı olaraq ötən il qəbul imtahanlarının nəticələrinə əsasən birinci mərhələdə ali təhsil müəssisələrinə 27 min 687 abituriyent qəbul olub və qəbul planı 90,90% yerinə yetirilib”,-deyə TQDK sədri vurğulayıb. M.Abbaszadə bildirib ki, qəbul imtahanlarında 5 min 424 abituriyent 500-dən, 1414 abituriyent isə 600-dən yuxarı bal toplayıb. “Yüksək bal toplayanlar əsasən respublikanın 71 bölgəsini təşkil edir. Onların nisbi sayına görə Bakı, Naxçıvan, Sumqayıt, İsmayıllı, Qax və Balakən rayonlarından olan abituriyentlər ən yüksək nəticə göstərənlər siyahısındadır”,-deyə M.Abbaszadə əlavə edib. O, qeyd edib ki, bunların da arasında daha yüksək nəticə göstərənlər əsasən türk liseylərinin məzunlarıdır.
URL / WWW
http://kelam.az/article/a-2805.html