Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Elm və təhsil » TQDK sədri: “Ötən tədris ilində ən yüksək keçid balı Dövlət İdarəçilik Akademiyasına məxsus olub”
25.01.11 19:57

Ötən tədris ilinin qəbul imtahanlarında ali məktəblərin reytinq cədvəlinə görə Prezident yanında Dövlət İdarəçilik Akademiyası birinci yer tutub. KƏLAMİNFO xəbər verir ki, bu barədə Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) sədri Məleykə Abbaszadə bildirib. TQDK sədri qeyd edib ki, 2-ci yeri Tibb Universiteti, 3-cü yer Qafqaz Universitetinə, 4-cü yer Dövlət Neft Akademiyasına, 5-ci yer Turizm İnstitutuna məxsusdur. “Ötən illərdə olduğu kimi, son qəbul imtahanında da ən yüksək keçid balı Prezident yanında Dövlət İdarəçilik Akademiyasının ixtisaslarına olub. Həm Azərbaycan, həm də rus bölməsində ən yüksək keçid balı Akademiyanın II qrupuna daxil olan “Menecment” ixtisasına aiddir. Bu ixtisas üzrə keçid balı Azərbaycan bölməsində 675-ə, rus bölməsində isə 650-yə bərabərdir. Ən aşağı keçid balı Azərbaycan bölməsində Milli Aviasiya Akademiyasının “Ekologiya mühəndisliyi”, rus bölməsində isə Gəncə Dövlət Universitetinin “Riyaziyyat və informatika müəllimliyi” ixtisasında olub”,-deyə M.Abbaszadə vurğulayıb. Onun sözlərinə görə, ötən il həm Azərbaycan, həm də rus bölməsi üzrə ən aşağı keçid balı 200 olub. Azərbaycanın Vergi Məcəlləsinə bir sıra dəyişikliklər edilməsi gözlənilir Bu il Azərbaycanın Vergi Məcəlləsinə bir sıra dəyişikliklər edilməsi gözlənilir. KƏLAMİNFO xəbər verir ki, bu barədə vergilər nazirinin birinci müavini Natiq Əmirov bildirib. Onun sözlərinə görə, ölkə prezidentinin verdiyi tapşırığa əsasən Azərbaycan iqtisadiyatının inkişafı baxımından çox böyük hədəflər seçilib. “Bu hədəflərin tənzimlənməsi nəzəarət baxımından vergi qanunvericiliyində də inzibatçılığın təkminləşdirilməsi artıq aktualdı. Bununla bağlı Vergilər Nazirliyi Vergi Məcəlləsində əvvəlki illərdən fərqli olaraq çox böyük dəyişikliklər edilməsi barədə təkliflər hazırlayır. Düşünürəm ki, bu dəyişikliklər ətraflı şəkildə hökumətdə müzakirə olunduqdan sonra mətbuata açıqlama veriləcək”,-deyə N.Əmirov bildirib. O, həmçinin qeyd edib ki, qanunvericilikdə ediləcək dəyişikliklər ölkədə vergi qiymətlərinin artırılması nəzərdə tutmayıb.
URL / WWW
http://kelam.az/article/a-2804.html