Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Elm və təhsil » TQDK sədri: “Son illər orta məktəblərdə qiymətləndirmə şişirdilir”
25.01.11 19:57

Ötən ilin orta məktəb məzunlarından əla qiymətlə bitirən məzunların yalnız 63,64%-i attestat qiymətlərini qəbul imtahanlarında təsdiq edə bilib. KƏLAMİNFO xəbər verir ki, bu barədə Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) sədri Məleykə Abbaszadə bildirib. Onun fikrincə, bu hal, məktəblərdə yüksək qiymətlərlə qiymətləndirmənin son illər şişirdildiyini göstərir. “Əla qiymətlərlə bitirənlərin ancaq 63%-i 500-700 bal toplayıb. Əvvəllər bu rəqəm daha aşağı idi. Qiymətləndirmədə mövcud olan bu problemin azalması istiqamətində ildən-ilə müsbət irəliləyiş hiss olunur. Lakin, hələ ki, göstəricilər 100%-ə yaxın olmayıb. Əgər biz görsək ki, abituriyentlərin qiymətləri imtahan nəticələri ilə üst-üstə düşür, onda biz attestat balını ümumi toplanan balların üstünə gəlib hesablaya bilərik. Təəssüflər olsun hələ ki, bu vəziyyət bizi tam qane etmir”,-deyə M.Abbaszadə vurğulayıb.
URL / WWW
http://kelam.az/article/a-2802.html