Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Dövlət və din » Hidayət Orucov : “Dinin siyasiləşdirilməsi, siyasət alət edilməsi yolverilməzdir”
26.01.11 03:56

“Əgər baş örtüyü ilə bağlı aksiyaların təşkilində bu və ya digər formada xaricdən gələn miqrantların iştirak etməsi ilə bağlı faktlar mövcuddursa, müvafiq orqanlar tərəfindən araşdırmalar aparılacaq və lazımi tədbirlər görüləcək”. KƏLAMİNFO xəbər verir ki, bu barədə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Hidayət Orucov bildirib. Onun sözlərinə əsasən, ölkədə dini siyasiləşdirərək, çaxnaşmaların yaradılmasına heç vaxt imkan verilməyəcək: “Dinin siyasiləşdirilməsi, siyasət aləti edilməsi yolverilməzdir. O, daim uca tutulmalıdır. Din iqtidara gəlmək üçün vasitə ola bilməz. Hər kəs dinə mədəniyyət səviyyəsindən yanaşmağı bacarmalıdır”,- deyə H. Orucov bildirib. O, həmçinin Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin bu kimi halların qarşısının alınması istiqamətində son illər ardıcıl tədbirlər həyata keçirdiyini vurğulayıb. Onun sözlərinə görə, bu məqsədlə Rayon İcra Hakimiyyətləri, orta və ali təhsil müəssisələri, cəzacəkmə müəssisələri və digər qurumlarla birgə ölkədə seminar-treninqlər həyata keçirilir. “Dövlət Komitəsinin ixtisaslı kadrları həmin seminar-treninqlərdə dövlət-din münasibətləri, onların tənzimlənməsini həyata keçirən qanunvericilik bazası və digər mövzularla bağlı mühazirələr oxunulur, ictimaiyyəti maraqlandıran müxtəlif sualları cavablandırır”,-deyən H.Orucov Dövlət Komitəsi tərəfindən nəşr edilən “Cəmiyyət və Din” qəzetin bu məsələdə rolunun böyük olduğunu qeyd edib.
URL / WWW
http://kelam.az/article/a-2800.html