Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Dövlət və din » Bugünədək 510 dini icma Dini Qurumlarla İş üzrə Dövlət Komitəsində qeydiyyatdan keçib
25.01.11 17:11

Bugünədək 510 dini icma Dini Qurumlarla İş üzrə Dövlət Komitəsində qeydiyyatdan keçib. KƏLAMİNFO xəbər verir ki, bu barədə yap.org.az saytına açıqlamasında Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Hidayət Orucov bildirib. H.Orucov qeyd edib ki, 30 icmanın yenidən qeydiyyata alınmasından isə imtina olunub. “Dini etiqad azadlığı haqqında” Qanuna edilmiş sonuncu əlavə və dəyişikliklərdən sonra dini icmaların yenidən qeydiyyatına başlanıb. Hazırda bu proses davam edir. Əvvəllər qeydiyyatdan keçmiş dini icmalar 2010-cu ilin yanvar ayının 1-dək Dövlət Komitəsinə müraciət etməli idilər. Həmin dini icmaların böyük əksəriyyəti müraciət ediblər. Müraciətlərə baxılmış və icmaların çoxu qeydiyyata alınıb. Sənədlərində nöqsan və uyğunsuzluq olanların isə qeydiyyata alınmasından imtina edilib.”,-deyə komitə sədri vurğulayıb.
URL / WWW
http://kelam.az/article/a-2799.html