Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Cəmiyyət » SAMF mətbuat xidmətlərinin ənənəvi reytinq sorğusuna start verdi
26.01.11 03:11

Söz Azadlığını Müdafiə Fondu (SAMF) “Ən operativ mətbuat xidmətinin müəyyən edilməsi”ni aydınlaşdıracaq reytinq sorğusuna start verib. SAMF-ın mətbuat xidmətindən KƏLAMİNFO-ya verilən məlumata görə, fond media və xidmət əməkdaşlarının münasibətlərinin inkişaf səviyyəsini araşdırır. İkinci dəfə həyata keçirilən rəy sorğusu 2009-cu il noyabr ayından “KİV və mətbuat xidmətləri: mövcud vəziyyətin təhlili və strateji inkişaf istiqamətləri” adlı layihənin davamı kimi həyata keçirilir. Sorğu KİV-mətbuat xidməti münasibətlərinin 2010-cu ildə hansı istiqamətə doğru dəyişdiyini aydınlaşdırmaq niyyətilə reallaşdırılacaq. Bununla yanaşı sorğunun keçirilməsində məqsəd öz üzərlərinə düşən həssas və məsuliyyətli bir vəzifəni hüquqi, demokratik dövlət idarəçiliyi prizmasından yerinə yetirən dövlət orqanlarının mətbuat xidmətlərinin adlarını geniş ictimaiyyətə açıqlamaq, bununla da mətbuat xidməti institutları əməkdaşlarının işlərinə daha tələbkar yanaşmalarına və xüsusən də jurnalistlərin peşə fəaliyyəti zamanı üzləşdikləri əsassız maneələrin aradan qaldırılmasına yardımçı olmaqdır. Rəy sorgusu fondun könüllüləri tərəfindən həyata keçiriləcək. Qeyd edək ki, sorğunun KİV-lərdə çalışan 500 media təmsilçisi arasında aparılması nəzərdə tutulur.
URL / WWW
http://kelam.az/article/a-2798.html