Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Cəmiyyət » Ölkə üzrə havanın temperaturu kəskin qalxacaq
25.01.11 17:11

Sabahdan etibarən respublika üzrə havanın temperaturu kəskin qalxacaq. Bu barədə məlumatı KƏLAMİNFO-ya Milli Hidrometeorologiya Departamentindən veriblər. Bakıda və Abşeron yarımadasında havanın sabah dəyişkən buludlu, əsasən yağmursuz keçəcəyi, gecə və səhər bəzi yerlərdə duman olacağı ehtimal olunur. Cənub-qərb küləyinin əsəcəyi, arabir güclənəcəyi gözlənilir. Havanın temperaturu gecə 3-6, gündüz 10-14 dərəcə isti təşkil edəcək. Azərbaycanın rayonlarına isə, sabah hava şəraitinin əsasən yağmursuz keçəcəyi, gecə və səhər bəzi yerlərdə zəif duman olacağı ehtimal olunur. Cənub küləyinin əsəcəyi, əsasən dağlıq ərazilərdə arabir güclənəcəyi gözlənilir. Havanın temperaturu gecə 3 dərəcə şaxtadan 2 dərəcəyədək isti, gündüz 9-14 dərəcə isti, dağlarda gecə 2-7 dərəcə şaxta, gündüz 6-11 dərəcə isti təşkil edəcək.
URL / WWW
http://kelam.az/article/a-2796.html