Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Cəmiyyət » Xəzər dənizinin Azərbaycan sektoruna mənsub sahil zolağında 1427 ekoloji monitorinq keçirilib
25.01.11 17:11

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Xəzər Kompleks Ekoloji Monitorinq İdarəsi (XKEMİ) 2010-cu il ərzində Xəzər dənizinin Azərbaycan sektorunun sahil zolağında, çimərlik ərazilərində, eləcə də, dənizdə fəaliyyət göstərən müəssisə və obyektlərdə, üzən vasitələrdə və təyin edilmiş koordinatlar üzrə açıq dənizdə, Xəzər dənizinin Azərbaycan sektoruna mənsub sahil zolağında 1427 ekoloji monitorinq keçirib.Bu barədə məlumatı KƏLAMİNFO-ya ETSN-dən veriblər. Monitorinqin məqsədi dənizdə və sahil zolağında fəaliyyət göstərən, birbaşa və ya dolayı yolla (kollektor, kanal, çay və s. vasitəsilə) Xəzər dənizinə antropogen təsir göstərən müəssisələrdə formalaşan bütün növ (maye, qaz, bərk və s.) tullantıların dəniz suyuna, flora və faunasına, həmçinin digər su obyektlərinə göstərdiyi təsiri təhlil və tədqiq edərək məlumat toplamaq, təsirin minimuma endirilməsi istiqamətində tədbirlərin həyata keçirilməsinə nail olmaqdır.Monitorinqlər zamanı 4045 su, 178 qrunt, 6 qazma məhlulu, 8 şlam nümunəsi götürülüb. Eyni zamanda, ayrı-ayrı təşkilatlara məxsus 36 ədəd bioloji və dezinfeksiyaedici qurğunun vəziyyəti araşdırılıb, onlar üzərində ciddi ekoloji nəzarət təmin olunub. Ötən ildə Kür və Araz çayları boyu yaşayış məntəqələrində əhalinin ekoloji cəhətdən təmiz içməli suya olan təlabatının ödənilməsi məqsədi ilə Respublikanın rayonlarında quraşdırılmış sutəmizləyici qurğulardan 477 su nümunəsi götürülərək, onlar üzərində analitik, ekotoksikoloji, mikrobioloji təhlillər aparılıb.
URL / WWW
http://kelam.az/article/a-2795.html