Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Cəmiyyət » Binəqədi qəsəbə icra nümayəndəliyi ötən ilin yekunları ilə bağlı hesabat verdi
25.01.11 17:11

Binəqədi qəsəbə icra nümayəndəliyində ötən ilin yekunları ilə bağlı hesabat yığıncağı keçirilib. KƏLAMİNFO xəbər verir ki, yığıncaqda Binəqədi rayon İcra Hakimiyyətinin (RİH) başçısı Alı Qocayev və digər rəsmi şəxslər iştirak edib. Ötən ilin yekunları ilə bağlı hesabatı təqdim edən qəsəbə icra nümayəndəsi Salam Əsgərəlizadə 2010-cu ildə müxtəlif məhəllədaxili yollarda ümumilikdə 1 km məsafəyə asfalt örtüyü döşəndiyini, qəsəbə ərazisində Böyük Vətən Müharibəsi iştirakçılarının xatirəsinə salınmış “1941-1945-ci il xatirə abidəsi” parkında bərpa-abadlıq işləri aparıldığını, Binəqədi-Novxanı yolu ətrafında abadlıq işləri görüldüyünü, III mədən korpus 119-dan 112-ci korpusadək olan 800p/m-in avtomobil yolunun cari təmir olunduğunu, eyni zamanda qəsəbənin müxtəlif yerlərində ümumilikdə 238 ədəd ağac əkildiyini vurğulayıb. “Hesabat dövründə qəsəbədə elektrik enerjisi təchizatının yaxşılaşdırılması istiqamətində də bir sıra işlər görülüb. Belə ki, qəsəbənin müxtəlif ünvanlarında 3 yeni transfarmator məntəqəsi quraşdırılıb, 92-ci korpusda 400 KVT-lıq transfarmator 630 KVT-lıq transfarmatorla, 558p/m xətt SİP kabeli ilə əvəz olunub və sayğac quraşdırılıb. Ümumilikdə 15 transfarmator məntəqəsi tam şəkildə SİP kabelləşdirilib, əhaliyə normal gərginlik verilib”,-deyə S.Əsgərəlizadə bildirib. S.Əsgərəlizadə qeyd edib ki, qəsəbənin içməli su təminatı və kanalizasiya sisteminin yaxşılaşdırılması istiqamətində də xeyli işlər görülüb. Belə ki, qəsəbə ərazisinin müxtəlif yerlərində ayrı-ayrı vətəndaşlar tərəfindən neft, qaz, su kəmərlərinin mühafizə zonasında, yüksək gərginlikli elektrik xətlərinin yaxınlığında xeyli sayda fərdi yaşayış evləri inşa edilib ki, qəsəbə nümayəndəliyinin əməkdaşları bu cür neqativ hallarla barışmaz mübarizə aparır. Nəticədə ötən il qəsəbə ərazisində rayon İcra Hakimiyyətinin təşəbbüsü ilə onlarla qanunsuz tikili sökülərək aktlaşdırılıb və hüquq-mühafizə orqanlarına təqdim olunub. Eyni zamanda, bu istiqamətdə zəruri tədbirlərin həyata keçirilməsi davam etdirilməkdədir. S.Əsgərəlizadə əlavə edib ki, ötən ildə qəsəbə icra nümayədəliyi tərəfindən qəbul olumuş vətəndaşların çoxu müxtəlif arayışlar almaq üçün, 73 nəfəri isə digər məsələlərlə bağlı müraciət edib. Bundan başqa 2010-cu il ərzində nümayəndəliyə rayon İcra Hakimiyyətindən 44, müxtəlif təşkilatlardan 32, qəsəbə ərazisində yaşayan sakinlərdən 31 ərizə şikayət daxil olub və 190 sakinin şifahi müraciəti qeydə alınıb. Aidiyyatı müraciətlər müsbət həll olunub.
URL / WWW
http://kelam.az/article/a-2794.html