Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Dünyada » Barak Obama Rusiya xalqına baş sağlığı verib
26.01.11 03:09

ABŞ prezidenti Barak Obama Moskvanın "Domodedovo" aeroportunda baş vermiş terror aktını pisləyib. KƏLAMİNFO Rusiya mətbuatına istinadən xəbər verir ki, Barak Obama bunun Rusiya əhalisinə qarşı terror aktı olduğunu bildirib. B.Obama eyni zamanda partlayış nəticəsində ölənlərin ailələrinə və Rusiya xalqına başsağlığı verib. B.Obama ABŞ-ın Rusiyaya bu hadisə ilə əlaqədar yardımı etməyə hazır olduğunu vurğulayıb. Xatırladaq ki, dünən Domodedovo aeroportunda baş verən partlayış nəticəsində 35 nəfər ölüb, 180 nəfər yaralanıb. Rusiya Fövqəladə Hallar Nazirliyinin rəsmi saytında qeyd olunur ki, həlak olan 35 nəfərdən bəzilərinin şəxsiyyəti dəqiqləşdirilərək hansı ölkənin vətəndaşları olduğu da müəyyənləşdirilib. Həmin şəxslərin Rusiya, Özbəkistan, Böyük Britaniya, Ukrayna, Tacikistan, Almaniya vətandaşlarının olduğu qeyd edilir.
URL / WWW
http://kelam.az/article/a-2791.html