Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Mədəniyyət » Elçin Eyyubovun “45 gün cəhənnəmdə” romanı Azərbaycan dilinə tərcümə olunub
24.01.11 19:10

Yazıçı Elçin Eyyubovun “45 gün cəhənnəmdə” romanı Azərbaycan dilinə tərcümə olunub. Roman Azərbaycan xalqının uzun illər yaşadığı faciəni özündə əks etdirir. KƏLAMİNFO xəbər verir ki, əsər əvvəlcə rus dilində yazıldığından azərbaycandilli oxucuların diqqətindən kənarda qalıb. Əsərdə erməni separatçılarının törətdiyi əməllər bədii şəkildə oxucu kütləsinə təqdim olunub. Üç fəsil, otuz iki hissədən ibarət olan roman real səhnələri və həyacanlı dialoqlar vasitəsilə oxucunu Qarabağın ağrılı günlərinə qaytarır.
Kitaba ön söz yazan BMT-nin nəzdindəki Beynəlxalq İnformasiya Akademiyasının akademiki Bayram Salayev əsərin əsas qayəsinin terrora qarşı olduğunu vurğulayıb: “Roman bizə itirdiklərimizin ağrısını bir daha yaşadır. Damarında Azəri qanı axan hər kəs Qarabağ ağrı-acısını məqalələrdə deyil, sənədli əsərlərdə tapacaq”,-deyə B.Salayev bildirib.
Qeyd edək ki, əsəri yazıçı-tərcüməçi Aygün İsmayılova ana dilinə çevirib. Kitabın redaktoru Türkan Qurbanova, məsləhətçiləri isə Azər Əliyev və Anar Zeynalovdur. Roman “Bakı- Şirvannəşr” mətbəəsində çap olunub.
Xatırladaq ki, E.Eyyubov 1967-ci ildə Bakıda doğulub. Ali təhsilə Azərbaycan İnşaat Universitetində yiyələnib, elmlər namizədidir. “Yaquar tələsi” və “45 gün cəhənnəmdə” romanlarının müəllifidir.
URL / WWW
http://kelam.az/article/a-2790.html