Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Cəmiyyət » QKDK-nin sədri Rüfət Aslanlı: “2010-cu ildə dünya iqtisadiyyatda artım tendensiyası gözlənilir”
13.11.09 21:26

Cari il dünya iqtisadiyyatı 1,8%-lik daralma ilə bitəcək. Buna baxmayaraq 2010-cu ildə iqtisadiyyatda artım tendensiyası gözlənilir. KƏLAMİNFO xəbər verir ki, bu barədə açıqlama ilə bu gün Yeni Azərbaycan Partiyasının (YAP) qərargahında keçirdiyi mətbuat konfransında Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinin (QKDK) sədri Rüfət Aslanlı çıxış edib. R.Aslanlı ötən dövr ərzində dünyada və Azərbaycanda baş verən qlobal iqtisadi proseslərə dair geniş məlumat verib. O, tədbir iştirakçılarının diqqətinə çatdırıb ki, ötən dövr ərzində ÜDM 6,1%, sənaye istehsalı 5%, kənd təsərrüfatı istehsalı 3% artıb, eləcə də, ölkədə investisiya aktivliyi davam edərək, əsas kapitala yönəldilən investisiyalar 5,2 mlrd. manata çatıb.QKDK sədri qeyd edib ki, cari ilin 9 ayı ərzində ölkədə inflyasiya səviyyəsi 2,1% təşkil edib, əhalinin pul gəlirləri 10% artıb, orta əmək haqqının səviyyəsi isə 15%-dən çox artaraq 370 dollar təşkil edib. R.Aslanlı bildirib ki, hesabat dövründə korporativ qiymətli kağızlar bazarında ümumi iqtisadiyyatın və maliyyə sektorunun artımını üstələyən dinamika müşahidə olunub. Belə ki, bu dövrdə səhmlərin ilkin yerləşdirilməsində 3,1% artım müşahidə olunub. R.Aslanlı respublikanın rəsmi valyuta ehtiyatlarının ilin əvvəlinə 7,4% artaraq 19 mlrd ABŞ dollarına çatdığını qeyd edib. O, Azərbaycanın balanslaşdırılmış borclanma siyasəti həyata keçirildiyini söyləyib. R.Aslanlı son 9 ayda qiymətli kağızlar bazarında korporativ qiymətli kağızlar bazarının 11,2% artaraq 345 mln. manata çatdığını, təkrar bazarda isə əmanətlərin 54 dəfə artdığını vurğulayıb. Komitə sədri hesabat dövründə QKDK-nın fəaliyyətinə dair geniş hesabat məruzəsi ilə çıxış edib. O, institusional quruculuğa dair hüquqi-normativ və təşkilati tədbirlər, qiymətli kağızlar bazarının inkişaf etdirilməsi üzrə islahat gündəliyi, eləcə də cari funksional səlahiyyəti çərçivəsində QKDK tərəfindən ötən dövr ərzində həyata keçilən tədbirlərə dair geniş məlumat verib.
URL / WWW
http://kelam.az/article/a-279.html