Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Cəmiyyət » DSMF-nin fərdi uçot sistemində qeydiyyata alınan əcnəbilərin sayı 28% artıb
24.01.11 19:10

Ötən il ərzində Dövlət Sosial Müdafiə Fondunun (DSMF) fərdi uçot sistemində qeydiyyata alınan əcnəbilərin sayı 28% artıb. Bu barədə məlumatı KƏLAMİNFO-ya DSMF-dən veriblər.Ötən il əlavə olaraq 2228 nəfər əcnəbi vətəndaş qeydiyyata alınıb. Bu il yanvarın 01-ə qədər olan statistikaya əsasən, fərdi uçot sistemindəki əcnəbilərin sayı 10 min 195 nəfər təşkil edir. DSMF-nin fərdi uçot sistemində qeydiyyata alınan əcnəbilər, ümumilikdə 92 ölkənin vətəndaşlarını əhatə edir. Onlar arsaında Türkiyə vətəndaşları (5911 nəfər) çoxluq təşkil edib. Fərdi uçot sistemində qeydiyyata alınan əcnəbilərin sayına görə ikinci yerdə qərarlaşan Gürcüstan vətəndaşlarının sayı 1358 nəfərə yüksəlib. Üçüncü yerdə gələn Rusiya vətəndaşlarının sayı isə 588 nəfər təşkil edir. Sonrakı yerlərdə İran İslam Respublikası (337 nəfər), Hindistan (250), Çin Xalq Respublikası (145), Böyük Britaniya və Şimali İrlandiya Krallığı (106), Ukrayna (87), Pakistan İslam Respublikası (84), Malayziya (80), Almaniya (77), Özbəkistan (73), Qazaxıstan (67), Türkmənistan (55), ABŞ (55) və s. ölkələr gəlir.
URL / WWW
http://kelam.az/article/a-2789.html