Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Dövlət və din » Litva seymində Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinə dair qətnamə hazırlanır
24.01.11 19:10

Litva seymində Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinə dair qətnamə hazırlanır. AZADINFORM xəbər verir ki, bu barədə Litva dövlət məclisinin spikeri İrina Dequtyena bildirib.
Onun sözlərinə görə, Dağlıq Qarabağın müqəddəratı beynəlxalq ictimaiyyətin səylərindən asılı olacaq. “Seym üzvlərinin böyük qrupu regionda qeyri-sabitliyə şərait yaradan, beynəlxalq hüquqla deyil, zor tətbiqi ilə əldə olunan status-kvonu dəstəkləməkdən imtina eməyi təklif edən qətnamə layihəsini qeydə alıb”,- deyə İ.Dequtyena vurğulayıb. Onun söylədiklərinə əsasən, qətnamə beynəlxalq hüququn aliliyi prinsiplərinin gerçəkləşməsini təmin etmək üçün şərait yarada biləcək. “Düşünürəm ki, qətnamənin taleyi 2011-ci ildə Litvanın ATƏT-in sədri kimi bu münaqişənin həlli üzrə beynəlxalq ictimaiyyətin real səylərini görə bilib-bilməyəcəyindən asılı olacaq”,-deyə İ.Dequtyena bəyan edib.
URL / WWW
http://kelam.az/article/a-2788.html