Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Cəmiyyət » S.Oğan: “Xacalı qətliamının Avropada tanıdılması üçün tədbirlər keçiriləcək”
24.01.11 23:10

Ankarada Türkiyə Azərbaycan Dərnəyinin (TAD) I Konfransı keçirilib. Bu barədə məlumatı KƏLAMİNFO-ya Diasporla İş üzrə Dövlət Komitəsindən (DİDK) veriblər. Tədbirdə DİDK-nin nümayəndəsi Elnar Məmmədov, Azərbaycan və Digər Türkdilli Xalqların Əməkdaşlıq Mərkəzinin (ATXƏM) sədri İlham İsmayılov və KİV təmsilçiləri iştirak ediblər. Konfransda çıxış edən E.Məmmədov DİDK rəhbərliyinin təbrikini çatdırıb və deyib ki, TAD yarandığı qısa müddət ərzində Türkiyədə diqqətəlayiq fəaliyyət göstərir, önəmli toplantılar keçirir və bu, Azərbaycanda da təqdirlə qarşılanır. O, Avropa və Amerikadakı Türk diasporu ilə qurulacaq əlaqələrə və ortaq fəaliyyətə xüsusilə önəm verilməsinin vacibliyinə toxunub.
ATXƏM-in sədri İlham İsmayılov TAD-ın fəaliyyətinin Türkiyədəki Azərbaycan diasporunu daha da gücləndirəcəyini əmin olduğunu bildirib.
TAD sədri Sinan Oğan yenidən qurumun sədri seçilib. Ə.Türkoğlu dərnəyin sədr müavini, Əyyub Qartalqaya isə baş katib olub.
TAD-ın gələcək fəaliyyəti barədə məlumat verən S.Oğan deyib ki, bu il Xocalı soyqrımının ildönümü ilə bağlı Azərbaycanın Türkiyədəki səfirliyi və digər dərnəklərlə birlikdə geniş tədbirlər keçiriləcək. Həmçinin bu qətliamın Avropada daha geniş tanıdılması məqsədilə TAD ATXƏM-lə birgə Fransanın Strasburq şəhərində tədbir təşkil edəcək. Onun sözlərinə görə, bu il Dağlıq Qarabağ münaqişəsi ilə bağlı Türkiyənin 50 şəhərində konfransların keçirilməsi də planlaşdırılıb.
URL / WWW
http://kelam.az/article/a-2786.html