Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Dövlət və din » P.Semnebi: “Avropa İttifaqının Azərbaycanın ərazi bütövlüyü ilə bağlı mövqeyi dəyişməzdir”
25.01.11 02:06

Avropa İttifaqının Azərbaycanın ərazi bütövlüyü ilə bağlı mövqeyi dəyişməzdir. KƏLAMİNFO xəbər verir ki, bunu Aİ-nin Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Piter Semnebi Bakıda jurnalistlərə müsahibəsində deyib.
Diplomat bildirib ki, səfəri çərçivəsində Azərbaycan hökumətinin nümayəndələri ilə məsləhətləşmələr aparacaq, Ombudsman Elmira Süleymanova və vətəndaş cəmiyyətinin təmsilçiləri ilç görüşəcək. “Məni Avropa Komissiyası rəhbərinin Azərbaycana səfərindən sonra xarici siyasətlə bağlı məsələlər maraqlandırır. Gündəlikdə Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı müzakirələr var. Qarabağ probleminin həll olunmamış qalması bizi narahat edir. Biz münaqişənin həlli üçün edilən bütün cəhdlərə diqqət yetiririk. J.M.Barrozunun dediklərinin saytdan çıxarılması ilə bağlı deyilənlərə gəlincə, bunu şişirtmək istəməzdim. Saytda mətnin əvvəlki versiyası olub”,-deyə P.Semnebi vurğulayıb. P.Semnebi qeyd edib ki, Avropa İttifaqının Azərbaycanla bağlı mövqeyində heç nə dəyişməyib. Onun sözlərinə görə, Avropa İttifaqı Azərbaycanın ərazi bütövlüyünü tanıyır və ona görə də bu məsələdə spekulyasiyaya yol vermək olmaz.
URL / WWW
http://kelam.az/article/a-2785.html