Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Mədəniyyət » Respublika üzrə “Mozalan” kino-jurnalı üçün ssenari müsabiqəsi keçirilir
24.01.11 19:06

Bu gündən etibarən mayın 01-ə qədər Mədəniyyət və Turizm Nazirlyi respublika üzrə “Mozalan” kino-jurnalı üçün ssenari müsabiqəsi keçirir. Bu barədə məlumatı KƏLAMİNFO-ya nazirliyin mətbuat xidmətindən veriblər.
Məqsəd kino-jurnala ictimai diqqəti artırmaq, onun süjetlərini müasir həyatın tələblərinə cavab verən mövzularla zənginləşdirməkdir. Müsabiqədə professional kino-dramaturqlar və digər müəlliflər iştirak edə bilər. Müsabiqəyə təqdim olunan bədii süjetlər üçün ssenarilər müasir həyatımızın problemlərini əks etdirməlidir. Qaydalara görə. ssenarilər 2- 4 dəqiqəlik bədii süjet üçün nəzərdə tutulmalıdır. Hər iştirakçı müsabiqəyə bir və daha çox ssenari təqdim edə bilər. Müsabiqə işinin həcmi 12 ölçülü şriftlə yığılmalı və bir səhifədən artıq olmamalıdır. Müsabiqəyə təqdim olunan ssenarilər müəlliflər tərəfindən adı və soyadı göstərilməklə imzalanır və əlaqə telefonları qeyd edilir. Müsabiqəyə təqdim olunan işlər Mədəniyyət və Turizm Nazirliyinin ünvanına göndərilir. Münsiflər heyətinin müəyyən etdikləri beş qalib ssenari “Mozalan” studiyasında çəkiləcək və onların müəlliflərinə qonorar veriləcək. Qaliblərin adları mayın 15-dək nazirliyin internet saytında və “Mədəniyyət” qəzetində açıqlanacaq.
URL / WWW
http://kelam.az/article/a-2784.html