Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Mədəniyyət » “Gənclərin dostu” Milli Mükafatının sahibləri müəyyənləşdirilir
24.01.11 19:06

Azərbaycan Gənclər Mərkəzinin (AGM) “Gənclərin dostu” Milli Mükafatının sahiblərinin müəyyənləşdirilməsi üçün paytaxt və regionlarda apardığı sorğu və monitorinqlər davam etdirilir. Bu barədə məlumatı KƏLAMİNFO-ya AGM-dən veriblər.
Hazırda “Gənclərin dostu” Milli Mükafatının sahiblərinin müəyyənləşdirilməsi üçün Bakı, Sumqayıt, Gəncə, Mingəçevir, Şəki, Zaqatala, Lənkaran, Astara, Quba, Qusar bölgələrində sorğu və monitorinqlərə start verilib.
Xatırladaq ki, mükafat Azərbaycan Gənclər Mərkəzi tərfindən 2007-ci ildə təsis edilib. Mükafat gənclər təşkilatlarına maddi və mənəvi dəstək olan fiziki və hüquqi şəxslərə verilir.
Qeyd edək ki, “Gənclərin dostu” Milli Mükafatının təqdimetmə mərasimi “Gənclər Günü ərəfədində olacaq. Qaliblərə 17 nominasiya üzrə “Gənclərin Dostu” Milli Mükafatı və başqa hədiyyələr təqdim olunacaq.
URL / WWW
http://kelam.az/article/a-2783.html