Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Mədəniyyət » Mədəniyyət və Turizm Nazirliyi Bakıda Beynəlxalq Gənclər İlinə həsr olunan konsert keçirəcək
25.01.11 02:06

Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə yanvarın 28-də Azərbaycan Dövlət Filarmoniyasında Beynəlxalq Gənclər İlinə və 2 Fevral Gənclər Gününə həsr olunmuş “Gəncliyin səsi” layihəsi çərçivəsində konsert keçiriləcək. Bu barədə məlumatı KƏLAMİNFO-ya nazirliyin mətbuat xidmətindən veriblər.
Beynəlxalq müsabiqələr laureatı Əyyub Quliyevin rəhbərliyi ilə Ü.Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestri maraqlı proqram ilə çıxış edəcək. Proqramda gənc bəstəkarların simfonik əsərləri ilk dəfə səslənəcək. Konsertin solisti kimi gənc pianoçu, Beynəlxalq müsabiqələr laureatı Zakir Əsədov çıxış edəcək.
Qeyd edək ki, 2010-cu ilin avqust ayından 2011-ci ilin avqust ayına qədər BMT tərəfindən dünyada Beynəlxalq Gənclər günü elan edilib. Azərbaycan bu layihədə aktiv iştirakçıdır.
URL / WWW
http://kelam.az/article/a-2782.html