Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Cəmiyyət » Bakıda “Quran elmə yol göstərir” adlı elmi konfrans təşkil edilib
25.01.11 03:05

Bakıda Gənclərin “Mənəvi İnkişafı” İctimai Birliyi tərəfindən 350 nəfərin iştirak etdiyi “Quran elmə yol göstərir” adlı elmi konfrans təşkil edilib. Gənclərin “Mənəvi İnkişafı” İctimai Birliyindən KƏLAMİNFO-ya verilən məlumata görə, konfransda alimlər, tədqiqatçılar, QHT rəhbərləri, media nümayəndələri və tələbələr iştirak edib. Konfransın əsas məqsədi kainatı, Yer kürəsini, canlıları tədqiq etməyin və Allahın yaratma sənətini kəşf edərək insanlara açıqlamağın yollarından birinin elm olduğunu bildirmək olub. Bundan başqa, konfransda Quran və elmin paralelliyini göstərən elmi faktlar da sadalanıb.
Tədbirdə mühazirələrlə yanaşı, sərgi də təşkil olunub. Sərgidə təkamül nəzəriyyəsinin əsassızlığını sübut edən, canlıların qətiyyən təkamül keçirmədiyini göstərən milyonlarla il yaşı olan fosillər (daşlaşmış canlı və bitki qalıqları) nümayiş etdirilib. “Daş üzərində canlının forması eynilə həkk olunur və bu qalıqlar milyonlarla il heç dəyişmədən qalır. Milyonlarla il əvvəlki canlılarla müqayisədə bu gün yaşayan eyni növ canlılarda heç bir dəyişikliyin olmaması təkamül nəzəriyyəsinin əsassızlığını sübut edir”,-deyə konfransda vurğulanıb.
URL / WWW
http://kelam.az/article/a-2781.html