Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Cəmiyyət » Azərbaycanda 459 nəfər QİÇS-ə yoluxub
21.01.11 16:37

Ötən il Azərbaycanda İİV-infeksiyası/QİÇS-ə yoluxmada yeni aşkar olunan insanların sayı 459 təşkil edib. Bu barədə məlumatı KƏLAMİNFO-ya Respublika QİÇS-lə Mübarizə Mərkəzindən veriblər. Yoluxanlardan 97,4% Azərbaycan, 2,6% isə əcnəbi vətəndaşdır. Qeydiyyata alınmış Azərbaycan vətəndaşından 80,3% kişi, 19,7% qadındır.Bu dövr ərzində QİÇS mərhələsinə keçən Azərbaycan vətəndaşlarının sayı 244 nəfər, QİÇS-dən dünyasını dəyişmiş vətəndaşların sayı 52 nəfər olub. Səhiyyə Nazirliyi tərəfindən İİV-lə yaşayan insanlara profilaktika, müalicə, qulluq və dəstəyin göstərilməsinin təmin edilməsi işi Respublika QİÇS-lə Mübarizə Mərkəzində davam etdirilib. QİÇS, vərəm və malyariya ilə mübarizə üzrə Qlobal Fondun və Səhiyyə Nazirliyinin dəstəyi ilə 08.11.2006-cı il tarixdən tədbiq edilən antiretrovirus terapiyaya hazırda 587 İİV-lə yaşayan insan cəlb olunub. Onlardan 257 nəfərə müalicə ötən il başlanılıb. Xatırladaq ki, BMT-nin İİV/QİÇS üzrə Birləşmiş proqramının (UNAİDS) ötən il üçün dərc etdiyi hesabatında isə ilk dəfə göstərilir ki, dünya miqyasında QİÇS epidemiyasının dayandırılmasına və İİV-in yayılmasının qarşısının alınmasına nail olunub. Belə ki, son 10 ildə yeni yoluxma halları və son 5 ildə QİÇS-dən ölüm hallarının 20% azalması, İİV-lə yaşayan insanların sayının isə stabilləşməsi qeyd edilib. Hesabatda göstərilir ki, ümumilikdə 2009-cu ilin sonuna yer kürəsində İİV-lə yaşayan insanların sayı 33,3 milyon təşkil edib ki, onlardan da 15,9 milyonu qadın, 2,5 milyonu uşaqdır. Təkcə 2009-cu il ərzində dünya üzrə İİV-ə yeni yoluxmuş insanların sayı 2,6 milyon, QİÇS-dən vəfat etmiş insanların sayı 1,8 milyon olub.
URL / WWW
http://kelam.az/article/a-2780.html