Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Elm və təhsil » TQDK-da “Abituriyent” jurnalının saytının və jurnalın 11-ci sayının təqdimatı olub
13.11.09 21:26

Bu gün Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) mətbu orqanı olan “Abituriyent” jurnalının saytının və jurnalın 11-ci sayının təqdimatı olub. KƏLAMİNFO xəbər verir ki, TQDK sədri Məleykə Abbaszadə çıxış edərək bildirib ki, sayt öz fəaliyyətini bir müddət müəyyən səbəblər üzündən dayandırıb və artıq yenidən aktivləşib. M.Abbaszadə www.abiturient.az adlı saytda jurnalın bütün saylarının mütamadi olaraq dərc olunacağını söyləyib. Jurnalın 11-ci sayında isə yüksək nəticə göstərən abituriyentlər haqqında məlumatların toplandığını diqqətə çatdıran M.Abbaszadə qeyd edib ki, bu il də ənənəyə sadiq qalınıb. TQDK sədri ümumilikdə bu il ali və orta ixtisas məktəblərin keçirilən müsabiqədə 110 minə yaxın abituriyentin iştirak etdiyini, onlardan 996 nəfərinin yüksək nəticə göstərərək 600-dən yuxarı bal topladığını nəzərə çatdırıb. Onun sözlərinə görə, onların 670 nəfəri şəhər, 326 nəfəri isə rayon və kənd məktəblərinin məzunlarıdır. M.Abbaszadə qeyd edib ki, 600-dən yuxarı bal toplayanlar sırasında mülki ali məktəblərlə yanaşı 4 nəfər Milli Təhlükəsizlik Nazirliyinin H.Əliyev adına Akademiyasına və 6 nəfər də Polis Akademiyasına daxil olanlar da var. Qəbul olanlar sırasında 2 nəfər maksimal nəticə göstərərək 700 bal toplayıb və ümumilikdə 600-dən yuxarı bal toplayan abituriyentlərdən 4 nəfər Türkiyə Respublikasının Gülhanə Hərbi Tibb Akademiyasına qəbul olunublar. M.Abbaszadə həmçinin bildirib ki, yüksək nəticə göstərənlər arasından 102 nəfər Prezident təqüdünə təqdim edilib və ölkə başçısının 24.09.2009-cu il tarixli Sərancamına əsasən onlara təqaüd təyin edilib. M.Abbaszadə bu cür istedadlı tələbələrin ictimaiyyət arasında hərtərəfli tanınmasında mətbuat vasitələrinə geniş ehtiyac olduğunu vurğulayıb.
URL / WWW
http://kelam.az/article/a-278.html