Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Dünyada » ABŞ Dövlət Departamenti İstanbul müzakirələrini İran üçün fürsət hesab edir
21.01.11 16:37

ABŞ hökuməti Türkiyənin İranla 5+1 ölkələri arasındakı müzakirələrə ev sahibliyi etməsini təqdirlə qarşıladığını bildirib. KƏLAMİNFO Türkiyə mətbuatına istinadən xəbər verir ki, bu sözləri ABŞ Dövlət Departamentinin sözçüsü Filip Krouli deyib. Onun sözlərinə görə, Türkiyə İranın nüvə proqramlarına dair müzakirələrə böyük dəstək verdiyini deyib. İstanbul müzakirələrinin İran üçün fürsət olduğunu bildirən Kruoli Türkiyənin bu önəmli toplantıdakı ev sahibliyini də təqdirlə qarşıladıqlarını əlavə edib. ABŞ rəsmisi Türkiyənin İranı beynəlxalq birliklə əməkdaşlıq məsələsində cəsarətləndirməyə davam etdiyini vurğulayıb və bu mesajın çox önəmli olduğunu qeyd edib. Sözçü İranın beynəlxalq birliyi nüvə proqramlarının dinc məqsədli olmasına inandırmalı olduğunu deyib. Krouli ABŞ dövlət katibi Hillari Klintonun fevralda Türkiyəyə edəcəyi səfərin konkret tarixinin yaxın günlərdə müəyyənləşəcəyini söyləyib. O, həmçinin Senatın əngəlləməsinə baxmayaraq, ABŞ prezidenti Obamanın Türkiyə səfirini birbaşa təyin etməsinin də iki ölkə arasındakı əlaqələrə verilən önəmin göstəricisi olduğunu deyib.
URL / WWW
http://kelam.az/article/a-2777.html