Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Mədəniyyət » Almaniyada “Azadlığa gedən yollar” adlı anma mərasimi keçirilib
22.01.11 02:37

Berlində 20 Yanvar hadisələrinin 21-ci ildönümünə həsr olunmuş “Azadlığa gedən yollar” adlı anma mərasimi keçirilib. Bu barədə məlumatı KƏLAMİNFO-ya Azərbaycanın Almaniyadakı səfirliyindən veriblər. Tədbir Azərbaycanın Almaniyadakı səfirliyinin dəstəyi ilə Berlində fəaliyyət göstərən “Azərbaycan evi”, Almaniyadakı Azərbaycanlıların Koordinasiya Mərkəzi (AAKM) və Berlin-Bakı Qalereyasının birgə təşkilatçılığı ilə keçirilib. AAKM-nin icraçı direktoru Samirə Patzer-İsmayılova Azərbaycan xalqının qan yaddaşına yazılmış 20 Yanvar faciəsindən və həmin günün tarixi əhəmiyyətindən danışıb.Azərbaycanın Almaniyadakı səfiri Pərviz Şahbazov xalqımızın taleyinə qara hərflərlə yazılmış Qanlı Yanvar faciəsi barədə ətraflı məlumat verib, bu hadisələri unudulmaz tarix, Azərbaycan xalqının azadlığı uğrunda qəhrəmancasına apardığı mübarizə kimi səciyyələndirib. O eyni zamanda, milli lider Heydər Əliyevin bu hadisələr zamanı tutduğu əsl vətənpərvərlik mövqeyindən ətraflı bəhs edib. Tədbirdə “Azadlığa gedən yollar” sənədli filmindən fraqmentlər nümayiş etdirilib.
URL / WWW
http://kelam.az/article/a-2773.html