Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Cəmiyyət » DSMF-yə xarici ölkələrdən daxil olan müraciətlərin sayı azalıb
21.01.11 16:37

Ötən il ərzində Dövlət Sosial Müdafiə Fonduna (DSMF) xarici ölkələrin sığorta-pensiya qurumları, əcnəbi vətəndaşlar və xaricdə yaşayan Azərbaycan vətəndaşları tərəfindən daxil olan müraciətlərin sayı 2009-cu illə müqayisədə 21,2 % azalıb. DSMF-nin mətbuat xidmətindən KƏLAMİNFO-ya verilən məlumata görə, 2010-cu ildə Fondun Beynəlxalq əlaqələr şöbəsinə daxil olan 1869 müraciət arasında MDB ölkələrindən ünvanlanan müraciətlər üstünlük təşkil edib. Qeyd olunan dövr ərzində MDB ölkələrindən 1190 müraciət göndərilib. Bu müraciətlərin mövzusu vətəndaşların pensiya hüququnun təmin edilməsi ilə bağlı zəruri hesab olunan müvafiq rəsmi sənədlərin hazırlanaraq təqdim olunması, konkret hallar üçün zəruri ikitərəfli münasibətlərin tənzimlənməsindən ibarətdir.Müraciətlərin sayına görə növbəti yerdə Türkiyə gəlir və qardaş ölkədən Fonda 116 müraciət ünvanlanıb. Bu müraciətlərin mövzusu Türkiyə və Azərbaycan arasında sosial müdafiə sahəsində ikitərəfli sazişə uyğun olaraq vətəndaşların sosial sığorta və pensiya hüquqlarının gerçəkləşdirilməsi məqsədilə konkret tədbirlərin görülməsi istiqamətindədir. Qeyd edək ki, DSMF-yə daxil olan digər 563 müraciət isə ayrı-ayrı xarici ölkələrin payına düşür.
URL / WWW
http://kelam.az/article/a-2771.html