Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Elm və təhsil » Bakının pilot məktəbləri və Sumqayıt məktəbləri məktəbli formasına keçir
13.11.09 21:26

Bakı şəhər Təhsil İdarəsi yeni layihəyə başlayıb. KƏLAMİNFO xəbər verir ki, bundan sonra məktəblərdə hamı eyni formada geyinəcək. Hazırda yeni dizaynda hazırlanacaq məktəbli formalarının eskizləri və harada tikilib hazırlanacağı müəyyənləşir. Məsələ ilə bağlı mütəxəsis qrupu çalışır. Onlar formanın materialını və stilini müəyyənləşdirirlər. Dərs ilinin sonuna kimi yeni formalar əvvəlcə Bakıda pilot məktəblərində, sonra isə Sumqayıt məktəblərində tətbiq ediləcək. Görülən iş uğurla həyata keçirilərsə, bu paytaxtın digər məktəblərinə də şamil ediləcək. Ehtimal edilir ki, bütün məktəblərin şagirdləri eyni emblemlə olan formadan geyinəcək. Qeyd edək ki, bununla bağlı yalnız Təhsil Nazirliyinin deyil, həm də məktəb direktorları, müəllimlər və valideynlərin də göndərdiyi təkliflərə baxılır.
URL / WWW
http://kelam.az/article/a-277.html