Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Dünyada » S.Lavrov: “Rusiya və Türkiyə əmtəə dövriyyəsini 100 mlrd. dollara qədər qaldırmaq niyyətindədir”
22.01.11 02:37

Rusiya və Türkiyə bu il əmtəə dövriyyəsini 100 milyard dollara qədər qaldırmaq niyyətindədir. KƏLAMİNFO Rusiya mətbuatına istinadən xəbər verir ki, bu barədə məlumatı İstanbulda Birgə Strateji Planlaşdırma Qrupunun ilk toplantısında iştirak edən xarici işlər naziri Sergey Lavrov deyib. Onun sözlərinə görə, Rusiya və Türkiyə böyük layihələrdə bir-birilə əməkdaşlıq edir. Bunlar Türkiyədə tikiləcək atom elektrik stansiyası və Bakı-Tbilisi-Ceyhan neft kəməridir. Sergey Lavrov həmçinin son 10 il ərzində Rusiya bazarında türk şirkətlərinin yüksək fəallığını qeyd edib. Rusiyada türk iş adamları 20 mlrd. dollara yaxın məbləğdə partnyorlarla müqavilələr bağlayıblar. Nazir vurğulayıb ki, son illərdə 3 milyondan çox rusiyalı türk sanatoriyalarında dincəlib.
URL / WWW
http://kelam.az/article/a-2769.html