Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Dövlət və din » Politoloq: “Avropanın Azərbaycanının ərazi bütövlüyü ilə bağlı səsləndirdiyi fikirlər səmimi deyil”
22.01.11 02:35

Azərbaycanın ərazi bütövlüyü ilə bağlı Avropa ölkələrinin səsləndirdikləri fikirlər səmimi xarakter daşımır. Onlar dildə Azərbaycanın ərazi bütövlüyünü tanıdıqlarını bəyan etsələr də, özlərinin fəaliyyətlərində, hərəktlərində bunu təsdiq edə bilmirlər. Bu fikirləri KƏLAMİNFO-ya müsahibəsində siyasi elmlər namizədi Elşad Mirbəşiroğlu söyləyib. Avropa Komissiyasının rəsmi internet səhifəsində qurumun rəhbəri Barozzonun Azərbaycanın ərazi bütövlüyünün dəstəkləməsinə aid bəyanatının çıxarılması və onun yerinə başqa fikirlərin yerləşdirilməsi məsələsinə toxunan E.Mirbəşiroğlu qeyd edib ki, bu günə kimi kifayət qədər təsir imkanlarına malik Avropa işğalçı Ermənistana qarşı heç bir təzyiq riçağından istifadə etməyib. “Saytdan Barozzonun Azərbaycanın ərazi bütövlüyünün tanınması haqqında sözlərin çıxarılması bir daha onu göstərir ki, Avropa məsələyə hansı prizmadan yanaşır. Bununla da açıq görünür ki, Avropa həmişəki ikili standartlarını bir daha sərgiləməkdədir. Xarici İşlər Nazirliyindən bu məsələyə münasibət bildirilib, ancaq hesab edirəm ki, bunun ardınca digər qurumlar da bu məsələyə münasibətlərini ifadə etməlidirlər. Bu, münasibətlərə kölgə salan bir haldır.Avropanın Azərbaycan üçün həssaslıq kəsb edən məsələsinə belə münasibəti əlaqələrə mənfi təsir göstərə bilər. Hesab edərəm ki, həmin saytda Barozzonun fikirləri təhrifsiz verilməlidir və biz, buna nail olmalıyıq. Avropa dövlətlərini çağırmalıyıq ki, gələcək bəyanatlarında daim bu məsələyə diqqət nümayiş etdirsinlər”,-deyə politoloq əlavə edib.
URL / WWW
http://kelam.az/article/a-2767.html