Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Cəmiyyət » Ötən il qeydə alınan 10 min 612 cinayət hadisəsinin 79 faizinin üstü açılıb
19.01.11 17:34

Bakı şəhər prokurorluğu orqanları tərəfindən 2010-cu ildə qanunçuluq və hüquq qaydasının möhkəmləndirilməsi, cinayətkarlığa qarşı mübarizənin gücləndirilməsi sahəsində görülən işlərə və qarşıda duran vəzifələrə həsr olunan əməliyyat müşavirəsi keçirilib. Baş Prokurorluqdan KƏLAMİNFO-ya verilən məlumata görə, Bakı şəhər prokuroru Əziz Seyidov qeyd edib ki, hesabat dövrü ərzində 10 min 612 cinayət hadisəsi qeydə alınıb, onların 79 faizinin üstü açılıb. Bildirib ki, uzun müddət bağlı qalan 5 qəsdən adamöldürmə, çoxsaylı quldurluq hadisələri törətmiş şəxslərin ifşa edilməsi, xeyli miqdarda qanunsuz narkotik vasitənin və psixotrop maddələrin dövriyyədən çıxarılması hüquq mühafizə orqanlarının əlaqəli birgə fəaliyyətinin nəticəsi kimi qiymətləndirilib. “İl ərzində prokurorluqda 523, daxili işlər orqanlarında isə 4099 cinayət işi üzrə istintaq yekunlaşdırılaraq, baxılması üçün məhkəməyə göndərilib. Hesabat dövründə bir sıra ağır və xüsusilə ağır cinayət işləri araşdırılıb, həmin cinayətləri törətmiş şəxslər ifşa edilərək cinayət məsuliyyətinə cəlb olunub. Belə ki, hesabat ilində 2007-ci ildən bağlı qalan Xanoğlan Cəfərovun, 2008-ci ildən bağlı qalan Oruc Nəcəfovun, 2009-cu ildən bağlı qalan Yaşar Alışanovun, Rauf Həsənovun qətlə yetirmələri faktlarına görə cinayət işləri başlanılıb. Aparılan məqsədyönlü istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində cinayətlərin açılması təmin edilib, təkzibedilməz sübutlarla təqsirkar şəxslər ifşa olunaraq məhkəmə məsuliyyətinə cəlb olunublar”,-deyə Ə.Seyidov vurğulayıb. Hesabat dövründə əldə olunan müsbət nəticələrlə yanaşı nöqsanlar da mövcuddur. Ötən ildə baş verən bir qəsdən adamöldurmə, 34 quldurluq cinayətlərinin və 11 ölümlə nəticələnən yol-nəqliyyat hadisələrinin açılmaması bu sahədə daha intensiv və məqsədyönlü istintaq, əməliyyat-axtarış tədbirlərinin aparılmasını tələb edir.
URL / WWW
http://kelam.az/article/a-2765.html