Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Dövlət və din » Cənubi Qafqazda təhlükəsizlik məsələlərinə dair bir sıra layihələr həyata keçirilir
20.01.11 03:33

Azərbaycan NATO ilə elmi fəaliyyətə 1992-c ildən başlayıb. Həmin vaxtdan bu günə qədər Azərbaycan alimləri və ekspertləri NATO-nun 87 tədbirində iştirak edib. KƏLAMİNFO xəbər verir ki, bu fikirləri NATO-nun Azərbaycandakı nümayəndəliyinin rəhbəri, Rumıniyanın ölkəmizdəki səfiri, Nikolae Ureki söyləyib. O qeyd edib ki, hazırda Azərbaycan, Türkiyə, Gürcüstan, ABŞ, İtaliya, Yunanıstan, Kanada və Ermənistandan olan alimlər “Qafqazda seysmik fövqəladə hallara cavab tədbirlər” adlı yeni bir layihə ilə bağlı əməkdaşlıq edirlər. Onun sözlərinə görə, layihənin həyata keçirilməsində məqsəd hərtərəfli seysmik müşahidələrin aparılması, Cənubi Qafqaz regionunda fövqəladə hallarda çevik cavab tədbirlərinin görülməsi üçün hazırlıq işlərinin nəzərdən keçirilməsidir. Səfir qeyd edib ki, dəgər bir layihə isə ekoloji təhlükəsizlik sahəsinə aidddir. Onun sözlərinə görə, Azərbaycan, Kanada və ABŞ-dan olan alimlər tərəfindən həyata keçirilən layihə “Azərbaycandakı şəhər su ehtiyatlarının idarə edilməsi və davamlı inkişafı” adlanır. Burada məqsəd qurunt və səth sularının kəmiyyət və keyfiyyətini müəyyən etmək, su ehtiyatlarının vəziyyətini qiymətlənirməkdir. N.Ureki açıqlayıb ki, başqa bir layhə isə 2007-ci ilin aprelindən Azərbaycan, Gürcüstan, ABŞ və Ermənistan alimləri tərəfindən həyata keçirilir. Onun sözlərinə görə, həmin layihə “Cənubi Qafqazda su ehtiyatlarının idarə edilməsi” adlanır. Burada məqsəd müasir suvarma üsullarının, avadanlıqlarının numayiş etdirilməsi və sudan necə istifadənin öyrənilməsidir.
URL / WWW
http://kelam.az/article/a-2763.html