Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Dövlət və din » “Qriqol Vaşhadzenin 2011-ci ilin ilk rəsmi səfərini Azərbaycana etməsi daha çox siyasi hörmət mənasını daşıyır”
19.01.11 17:33

“Gürcüstanın xarici işlər naziri Qriqol Vashadzenin 2011-ci ilin ilk rəsmi səfərini Azərbaycana etməsi daha çox siyasi hörmət, ehtiram mənsını daşıyır”. Bu barədə KƏLAMİNFO-ya müsahibəsində Siyasi İnnovasiya və Texnologiya Mərkəzinin sədri, politoloq Mübariz Əhmədoğlu bildirib. O, qeyd edib ki, Q.Vaşhadze Elmar Məmmədyarovla görüşməli olsa da, səfərin mahiyyətində daha çox nəqliyyat məsələləri dayanır. “Çünki Azərbaycan Gürcüstan üçün Şərqə qapı olduğu kimi, Gürcüstan da Azərbaycan üçün Qərbə qapı rolunu oynayır”,-deyə politoloq vurğulayıb. M.Əhəmədoğlu deyir ki, ölkə arasında ən çox müzakirə olunan nəqliyyat, kommunikasiya məsələləridir. “Bakı-Tbilisi-Ceyhan, Bakı- Tbilisi-Ərzrum oradan keçir. Bakı-Tbilisi-Qars yaxın illərdə istifadəyə veriləcək. Avropadan yüklərin böyük qismi Gürcüstanın Qara dəniz limanları vasitəsilə Azərbaycana gəlir. Mərkəzi Asiyadan gələn yüklərin böyük qismi Azərbaycandan keçib Gürcüstan ərazisi ilə gedir. Yəni bütün bunların hamısında nəqliyyat məsələsi ön plandadır”,-deyə ekspert əlavə edib. Qeyd edək ki, Q.Vaşhadze ötən gündən ölkəmizdə səfərdədir.
URL / WWW
http://kelam.az/article/a-2761.html