Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Elm və təhsil » TQDK nəzarətç-müəllimləri mükafatlandıracaq
14.11.09 03:26

Bu gün Tələbə Qəbulu üzrə Dövlət Komissiyasında (TQDK) cari ildə ali məktəblərə keçirilmiş qəbul imtahanlarında nümunəvi iştirak etmiş nəzarətçilər mükafatlandırılacaq. KƏLAMİNFO xəbər verir ki, bu barədə məlumatı TQDK sədri Məleykə Abbaszadə jurnalistlərə açıqlamasında bildirib. TQDK sədri qeyd edib ki, bu il ümumilikdə nəzarətçilər bazasına 6837 fənn müəllimi daxil olub. M.Abbasazdənin sözlərinə görə, onlarla keçirilən trenninqlər və yoxlamalar nəticəsində 3552 müəllim-nəzarətşi seçilərək imtahanlarda iştirak edib. Bunlardan imtahandakı nümunəvi iştirakına görə 579 nəzarətçiyə təşəkkür elan edilib, 31 nəfər isə Fəxri Fərmanlarla təltif edilib. “Bu amillərin həmin müəllimlərin pedoqoji fəaliyyətində nəzərə alınması xahişi ilə bizim tərəfimizdən Təhsil Nazirliynə və müvafiq təhsil şöbələrinə məktublar da göndərilib”,-deyə M.Abbaszadə vurğulayıb. TQDK sədri bildirib ki, bu ilki nəzarətçilər arasında 153 nəfər nəzarətçi fəaliyyətlərində göstərdikləri laqeydlik və səhlənkarlığa görə nəzarətçilər bazasından çıxarılıb, 62 nəzarətçi-müəllimə şifahi xəbərdalıq olunub.
URL / WWW
http://kelam.az/article/a-276.html