Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Dövlət və din » İqbal Ağazadə: “Mən kimsənin cızdığı dairədə oynayan adam deyiləm”
19.01.11 17:32

Azərbaycanın “Ümid” Partiyası artıq 2011-2013- cü illər üçün partiyanın üçillik proqramını tərtib edib. Bu barədə KƏLAMİNFO-ya müsahibəsində partiya sədri, millət vəkili İqbal Ağazadə bildirib. O, qeyd edib ki, 1 aya yaxındır ki, proqram partiyanın strukturlarında müzakirə olunur. “Biz qarşıdan gələn prezident seçkilərinə indidən hazırlaşırıq. Əgər bu proqramı reallaşdıra bilsək, onda seçkidə qələbəni əldə etməyimiz qətiyyən şübhəsiz olacaq”,-deyə İ.Ağazadə vurğulayıb. Partiya sədri bildirib ki, müxalifətin təşkil etdiyi İctimai Palataya onu da cəlb etmək istəsələr də sonradan dairəni daraldıblar. “Onlar prosesə daha çox insan cəlb etmək, siyasi prosesi daha çox insanla aparmaq əvəzinə dairəni kiçik cızırlar. Qoy cızsınlar. Nəyə nail olacaqlar? Nə qazanacaqlar? Mən Ümid Partiyasının sədri olaraq kimsənin cızdığı dairədə oynayan adam deyiləm”,-deyə sədr fikrini açıqlayıb.
URL / WWW
http://kelam.az/article/a-2759.html