Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Elm və təhsil » Təhsil Nazirliyində növbəti iki şöbənin hesabatı dinlənilib
19.01.11 17:32

Bu gün Təhsil Nazirliyində İctimaiyyətlə əlaqə şöbəsi və Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) 2010-cu ilin yekunlarına dair hesabatları dinlənilib. Nazirlikdən KƏLAMİNFO-ya verilən məlumata görə, İctimaiyyətlə əlaqə şöbəsinin müdiri Bayram Hüseynzadə bildirib ki, 200-ə yaxın tədbirdə media nümayəndələrinin iştirakı təmin olunub, mətbuat konfransları keçirilib, nazirliyin 30-dan çox əməkdaşının, tanınmış təhsil mütəxəssislərinin, beynəlxalq məsləhətçilərin müxtəlif televiziya və radio verilişlərində iştirakı, 450-yə yaxın müsahibəsi təşkil edilib, rəsmi məlumat, press-reliz və təqdimatlar kütləvi informasiya vasitələrinə çatdırılıb.Şöbə müdiri həyata keçrdikləridigər tədbirlər haqqında da məlumat verib. BŞTİ-nin müdiri Nailə Rzaquliyeva tabeliyindəki məktəbəqədər, məktəbdənkənar təhsil müəssisələri və ümumtəhsil məktəblərində tədrisin vəziyyəti, aparılan təmir-tikinti işləri barədə göstəriciləri nəzərə çatdırıb, Bakıdakı ümumtəhsil məktəblərinin V-XI siniflərində təhsil alan 21 şagirdə bir kompüter nisbətinin təmin edildiyini söyləyib. O qeyd edib ki, ötən illərlə müqayisədə 2010-2011-ci dərs ilində ali məktəblərə qəbul imtahanlarında Bakı məktəblərini bitirənlərin 44,83 faizinin tələbə adı qazanıb. N.Rzaquliyeva əlavə edib ki, ötən il 5867 müəllim ixtisasartırma kurslarına, 2014 müəllim müxtəlif tematik kurslara, I-III siniflərdə dərs deyəcək 1681 müəllim isə kurikulum kurslarına cəlb olunub. O, idarəyə daxil olan ərizə və müraciətlər, vətəndaşların qəbulu ilə bağlı göstəriciləri sadalayıb, qarşıda duran vəzifələrin uğurla yerinə yetirilməsi üçün irəli sürülən müvafiq təklifləri nəzərə çatdırıb. Sonda təhsil naziri Misir Mərdanov hər iki hesabatda səslənən fikirlərə münasibət bildirib, bir sıra məsələlərlə bağlı tövsiyə və tapşırıqlarını verib.
URL / WWW
http://kelam.az/article/a-2758.html