Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Dünyada » Rusiyada islam kanalı açılacaq
20.01.11 03:30

Rusiyada İslam telekanalı açılacaq. Yeni kanal öz işinə yaxın aylarda start verəcək. KƏLAMİNFO rus mətbuatına istinadən xəbər verir ki, bu barədə Rusiya Müftilər Şurasının sədri Ravil Qaynutdin bildirib. Onun sözlərinə əsasən, telekanalda yayımlanan proqramlar maarifləndirmə xarakteri daşıyacaq. “Biz hesab edirik ki, gəncləri digər dinlərə qarşı tolerant, hörmət bəsləyən, dözümlü ruhda tərbiyənləndirmək lazımdır",-deyə R. Qaynutdin bildirib. Qeyd edək ki, Rusiya prezidenti D.Medvedev də İslam dəyərlərini və əsaslarını maarifləndirmə əsasında təbliğ edən kanalın açılmasını təklif etmişdi.
URL / WWW
http://kelam.az/article/a-2755.html