Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Elm və təhsil » İKT-nin Elm və Texnoloji Əməkdaşlıq Komitəsinin 29-cu iclası Bakıda keçiriləcək
19.01.11 03:30

İslam Konfransı Təşkilatının Elm və Texnoloji Əməkdaşlıq Komitəsinin (COMSTECH) İcraiyyə Komitəsinin növbəti 29-cu iclası bu ilin aprelində Bakıda keçiriləcək. Bu qərar yanvarın 10-dan 13-dək İslamabadda COMSTECH-in İcraiyyə Komitəsinin 28-ci və Baş Assambleyasının 14-cü iclası zamanı qəbul edilib. Məlumatı KƏLAMİNFO-ya Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin mətbuat xidmətindən veriblər. İclasda Azərbaycanda son illərdə müşahidə edilən iqtisadi yüksəlişi, habelə informasiya texnologiyaları və elm sahələrində həyata keçirilən genişmiqyaslı işlər nəzərə alınaraq rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov COMSTECH-in Baş Assambleyasının baş məruzəçisi (Rapporteur General) seçilib. Ə.Abbasov çıxışında Azərbaycanın Prezidenti İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən uğurlu siyasət nəticəsində ölkədə elm və texnologiya sahələrinin sürətlə tərəqqisi, ikitərəfli və regional əlaqələrin inkişafı, bu istiqamətdə respublikada təsis edilmiş Elmin İnkişafı Fondunun səmərəli fəaliyyəti ilə bağlı məlumat verib. Həmçinin iclas ərəfəsində nazir İKT-nin baş katibi Ekmələddin İhsanoğlu, Pakistan, Suriya, Misir, İran və Malayziyadan olan həmkarları, habelə Pakistan Elm Fondu, Pakistanın Elm və Sənaye Tədqiqatları Şurasının sədrləri və digər şəxslərlə görüşlərində elm və texnologiya sahələrində Azərbaycanla əlaqələrin inkişafına dair müzakirələr aparıb. Görüşlərdə yeni əməkdaşlıq istiqamətləri müəyyənləşdirilib.
URL / WWW
http://kelam.az/article/a-2752.html