Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Cəmiyyət » Sabahdan Bakıya güclü qar yağacaq
18.01.11 17:30

Sabahdan Bakıda və Abşeron yarımadasında güclü qar yağacağı gözlənilir. Bu barədə məlumatı KƏLAMİNFO-ya Milli Hidrometeorologiya Departamentindən veriblər. Bu gün axşama doğru yağıntıların gözləndiyi yarımadada gecə sulu qara keçəcəyi gözlənilir. Sabah da hava şəraitinin yağıntılı olacağı, sulu qar yağacağı və axşama doğru qara keçəcəyi gözlənilir. Paytaxtda şimal-qərb küləyi əsəcək, arabir güclənəcək. Havanın temperaturu gecə 0-4, gündüz 2-4 dərəcə isti təşkil edəcək. Rayonlarında isə sabah hava şəraitinin yağıntılı olacağı, bəzi yerlərdə sulu qar, qar yağacağı, ayrı-ayrı yerlərdə qarın güclü olacağı ehtimal olunur. Şimal-qərb küləyinin əsəcəyi, arabir güclənəcəyi gözlənilir. Havanın temperaturu gecə 0-6 dərəcə şaxta, gündüz 1-4 dərəcə isti, dağlarda gecə 5-12 dərəcə şaxta, gündüz 0-6 dərəcə şaxta təşkil edəcək.
URL / WWW
http://kelam.az/article/a-2750.html