Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Dövlət və din » Politoloq: “Ötən il Dağlıq Qarabağla bağlı Rusiyanın etdiyi canfəşanlıqlar ancaq siyasi şou idi”
18.01.11 17:30

“2010-cu il boyunca Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı bəyanatlar Qərbdən və Rusiyadan yetərincə səsləndi. Ancaq səsləndi, bir addım belə dəyişiklik olmadı”. Bu barədə KƏLAMİNFO-ya müsahibəsində siyasi ekspert Elxan Şahinoğlu bildirib. O, qeyd edib ki, ötən il ərzində regional siyasi maraqları üçün Rusiya problemin həllində təşəbbüskar kimi canfəşanlıq göstərsə də, bu, quru bəyənatlardan o tərəfə getmədi. “2010-cu ildə Qarabağ danışıqları Soçidən start götürdü və Rusiya problemin həllinə çalışırmış kimi çoxsaylı təşəbbüslər etdi. Amma, ilin sonunda Astana sammitində bütün bunların Moskva tərəfindən siyasi şou olması konkret olaraq üzə çıxdı”,-deyə ekspert vurğulayıb. E.Şahinoğlunun fikirincə, bu il “Qarabağ ili” olarsa, mütləq Rusiyadan konkret nəticələr tələb olunacaq. “Çünki, artıq beynəlxalq və regional siyasət bu zərurətdən çıxış edir”,-deyə o, əlavə edib.
URL / WWW
http://kelam.az/article/a-2748.html