Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Mədəniyyət » AMEA-nın Mərkəzi Elmi Kitabxanasında “Qanlı Yanvar” mövzusunda sərgi keçirilib
19.01.11 03:29

Bu gün AMEA-nın Mərkəzi Elmi Kitabxanasında 20 Yanvar faciəsinin 21-ci ildönümünə həsr olunmuş “Qanlı Yanvar” mövzusunda sərgi keçirilib. KƏLAMİNFO xəbər verir ki, sərgidə çıxış edən AMEA Mərkəzi Elmi Kitabxanasının direktoru, filologiya elmləri namizədi Aybəniz Əliyeva-Kəngərli Azərbaycanın azadlığı və ərazi bütövlüyü uğrunda mübarizə tarixinə qəhrəmanlıq səhifəsi kimi daxil olmuş 20 Yanvar tarixində öz ölkəsi, xalqının azadlığını, şərəf və ləyaqətini hər şeydən uca tutan mərd vətən övladları canlarından keçərək şəhidlik zirvəsinə ucaldılar. Xalqımız o müdhiş gecəni neçə illər keçməsinə baxmayaraq daim xatırlayır, bu faciəni törədənlərə öz dərin nifrətini ifadə edir”,-deyə Mərkəzi Elmi Kitabxananın direktoru əlavə edib.Sərgidə 40 addan artıq 20 Yanvar faciısidən bəhs edən Azərbaycan, rus, Qərbi Avropa və Şərq dillərində ədəbiyyat nümayiş etdirlib. Bunlardan Aydın Balayev və Rasim Mirzənin birgə yazdıqları “20 Yanvar hadisələri. Sənədlər, Mövqelər, Şərhlər. (1990-2000)”, Hacı Qüdrət Əbdülsəlimzadənin “Nikbin faciə (Qanlı Yanvar düşüncələri)”, “Qanlı Yanvar şəhidləri” (Azərbaycan və rus dillərində), Abdulla Qurbaninin “Şəhidlər dastanı”, Tatyana Çaladzenin “Sostradanie”, Murtuz Sadıxlının “Otvet tebe dast istoriya...”, Feliks Çerçbadzenin “Zabıtıy qenoçid”, Yasin Aslanın “Azərbaycan tam bağımsızlık yolunda” və s adını çəkmək olar.
URL / WWW
http://kelam.az/article/a-2746.html