Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Dövlət və din » Stephen Blank: “ABŞ və Fransa Qarabağ münaqişəsi ilə bağlı fəallığını mütləq artırmalıdır”
17.01.11 17:23

“Əgər NATO Lissabon sammitindəki bəyanatına sadiqdirsə, Rusiya ilə münasibətlərinin yenidən normallaşmasını da nəzərə alıb Cənubi Qafqazda Qarabağ münaqişənin həlli üçün bu il daha çox səy göstərməlidir”. KƏLAMİNFO rus mətbuatına istinadən xəbər verir ki, bu barədə ABŞ-da Strateji Araşdırmalar İnstitutunun rəhbəri Stephen Blank bildirib.Onun sözlərinə görə, xüsusən ABŞ və Fransa vasitəçi kimi fəallığını mütləq artırmalı, bu işdə aparıcı rol oynamalıdır. “Gürcüstanla Rusiya arasında konflikt göstərdi ki, belə donmuş münaqişələrin həlli nə dərəcədə vacibdir və beynəlxalq münasibətlərə necə böyük təsir edə bilər. Dağlıq Qarabağ münaqişəsinin həll edilməməsi Ermənistanın Rusiyadan asılılığını daha da möhkəmləndirir. Azərbaycan isə Qərb, xüsusən də ABŞ üçün çox vacib ölkədir. NATO-nun təyyarələri Əfqanıstana Azərbaycanın hava məkanından keçməklə uçur. Bundan başqa, Azərbaycan Avropanın enerji təhlükəsizliyində vacib halqadır. Hesab edirəm, Vaşinqton 2011-ci ildə bu barədə ciddi düşünməlidir”,-deyə S.Blank vurğulayıb.
URL / WWW
http://kelam.az/article/a-2743.html