Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Cəmiyyət » GVB “20 Yanvar faciəsi qan yaddaşımızdır” mövzusunda tədbir keçirib
17.01.11 17:23

Gənc Vətənpərvərlər Birliyi 20 Yanvar faciəsinin 21-ci ildönümünə həsr olunmuş “20 Yanvar faciəsi qan yaddaşımızdır” mövzusunda tədbir keçirib. Bu barədə məlumatı KƏLAMİNFO-ya GVB-nin mətbuat və informasiya şöbəsindən veriblər. Tədbirdə çıxış edən GVB-nin sədri Muğan Əliyev ulu öndər Heydər Əliyev və şəhidlərin ruhunu bir dəqiqəlik sükutla yad etdikdən sonra 20 Yanvar faciəsi haqqında geniş məlumat verib. O, qeyd edib ki, artıq faciədən 21 il keçib, ancaq 20 Yanvar faciəsini törədənlər məhkəmə məsuliyyətinə cəlb olunmayıb. M.Əliyev qeyd edib ki, Azərbaycan xalqı müstəqillik uğrunda şəhid olanları daimi qəlbində yaşatmalı və gələcək nəsillər bunu bilərək müstəqilliyimiz uğrunda şəhid olanların ailələrinə hər zaman hörmət və ehtiramla yanaşmalıdırlar. Tədbirdə həmçinin 20 Yanvar əlili E.Məmmədov, R.Əsədov, 2 saylı Humanitar Texniki Elmlər Liseyin dil ədəbiyyat müəlliməsi Ü.Tahirzadə, “Qoşa ulduz” jurnalının redaktoru Gülzar Namazova, məşqçi Ə.Abbasquliyev, “Okinava” karate-do klubun prezidenti H.Əlili, şöbə müdiri N.Qacayev və İdarə Heyətinin üzvləri, rayon şöbələrinin rəhbərləri çıxış ediblər. Tədbir iştirakçıları “Şəhidlər Xiyabanı”nı ziyarət edərək 20 Yanvar şəhidlərini yad ediblər.
URL / WWW
http://kelam.az/article/a-2742.html