Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Dövlət və din » X.M.Barrozu: “Dağlıq Qarabağ münaqişəsində irəliləyişin olmaması bizi narahat edir”
15.01.11 02:06

Dağlıq Qarabağ münaqişəsində irəliləyişin olmaması ilə bağlı öz narahatlığımı yenə də sizinlə bölüşürəm. Mən həm ailələrə, həm də icmalara üzümü tutaraq deyirəm ki, bəli, siz münaqişələrdən çox əziyyət çəkmisiniz. Amma artıq vaxt çoxdan yetişib ki, bu məsələnin həlli sülh yolu ilə təmin edilsin. KƏLAMİNFO xəbər verir ki, bu fikirləri Avropa Komissiyasının sədri Xose Manuel Barrozu prezident İlham Əliyevlə birgə keçirdiyi mətbuat konfransında söyləyib. “Buna görə də ATƏT-in Minsk Qrupu öz fəaliyyətini davam etdirməlidir. Bildiyiniz kimi, Avropa İttifaqı da öz səylərini göstərir. Mən, həmin münaqişədən əziyyət çəkən bütün ailələrə və icmalara öz narahatlığımı bildirirəm. Əmin etmək istəyirəm ki, bu baxımdan Avropa İttifaqı öz səylərini davam etdirəcək. Biz ərazi bütövlüyü prinsipini dəstəkləyəcəyik və bu baxımdan istəyirik ki, Azərbaycanın ərazi bütövlüyü təmin edilsin. Biz ATƏT-in Minsk Qrupu həmsədrlərinin fəaliyyətini də dəstəkləyirik. Çox ümidvar olduğumuzu bildirmək istəyirik ki, tərəflərin razılaşdırdığı hər hansı bir variant ortaya çıxarsa, biz bunu dəstəkləməyə hazır olacağıq və ondan sonra da bərpa işlərini görəcəyik. Bildiyiniz kimi, Azərbaycan ilə Avropa İttifaqı arasında faydalı əməkdaşlıq artıq göz qabağındadır. Eyni zamanda, bu gün Azərbaycan ilə imzaladığımız sənədlər Avropa İttifaqı ilə tərəfdaşlığı daha da gücləndirəcək. İndi isə daha əlavə addımlar atılmalıdır. Söhbət təkcə enerji sahəsindən getmir, digər sahələrdən də gedir. Məsələn, biz təhsil sahəsində əməkdaşlıq edə bilərik. Bu, bizim ürəyimizə çox yaxın olan bir məsələdir. Prezident Əliyev də bunu qeyd etdi ki, biz bu müasirləşdirməni birlikdə irəliyə doğru aparmalıyıq. Biz qarşısına qoyduğu məqsədlərə nail olmaqda cənab Prezidentlə birgə işləməyi ürəkdən arzulayırıq və bunu səbirsizliklə gözləyirik”,-deyə Barozzu vurğulayıb.
URL / WWW
http://kelam.az/article/a-2733.html