Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Cəmiyyət » Bu gün Xoşbəxt Yusifzadənin dogum günüdür
15.01.11 02:04

Bu gün görkəmli alim, Milli Elmlər Akademiyası və Türk Dünyası Araşdırmaları Beynəlxalq Elmlər Akademiyasının həqiqi üzvü, Gürcüstan Milli Elmlər Akademiyasının xarici üzvü, ARDNŞ-in birinci vitse-prezidenti, professor Xoşbəxt Yusifzadənin dogum günüdür. KƏLAMİNFO xəbər verir ki, bu gün onun 81 yaşı tamam olur. O, 1930-cu il yanvarın 14-də Bakıda anadan olub. 1952-ci ildə Azərbaycan Sənaye İnstitutunu bitirib. Mühəndis-geoloqdur. 1952-ci ildə “Neft daşları” NQÇİ-də geoloq, baş geoloq, 1970-ci ildən Dənizdə Neft və Qazçıxarma İstehsalat Birliyində baş direktorun müavini, eyni zamanda baş geoloq vəzifələrində işləyib. 127 elmi əsərin, o cümlədən 8 monoqrafiyanın, 4 ixtiranın müəllifidir. İki “Qırmızı Əmək Bayrağı” və “Şərəf nişanı” ordenləri, 1982 və 1991-ci illərdə Azərbaycan Respublikasının Dövlət mükafatlarını alıb, medallar və fəxri fərmanlarla təltif edilib. “SSRİ-nin fəxri neftçisi”, “Yer təkinin fəxri kəşfiyyatçısı adlarına layiq görülüb. Azərbaycan Respublikasının “Əməkdar mühəndisi”dir.
URL / WWW
http://kelam.az/article/a-2732.html