Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Mədəniyyət » “Euronews" kanalının nümayəndələri İçəri Şəhərlə tanış olublar
15.01.11 02:03

Bakıda səfərdə olan “Euronews" kanalının nümayəndələri bu gün İçəri Şəhərlə tanış olublar. Bu barədə məlumatı KƏLAMİNFO-ya “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsindən veriblər. Kanalın Müşahidə Şurasının sədri Pyer Luici Malesani və Baş İcraçı direktoru Filip Kaylanın “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu ilə tanışlığı və Qoruq ərazisində gəzintisi keçirilib. Kiçik Qala küçəsi ilə başlayan gəzinti zamanı qonaqlara arxitektur binalar və Dördbucaqlı Qala barədə məlumat verilib. Bildirilib ki, Dördbucaqlı Qala Bakının şimal tərəfdən müdafiəsini daha da möhkəmləndirmək, ərazini nəzarətdə saxlamaq və geniş əraziyə malik qaladan silah anbarı kimi istifadə etmək üçün tikilib. Kiçik Qala küçəsində qonaqlar burada yerləşən təndirdə olub və təzə bişmiş çörəyin dadına baxıblar. Daha sonra ölkəmizin qədim iqtisadi əlaqələrinin mövcud olmasının göstəricisi olan Buxara karvansarasında olan qonaqlara məlumat verilib ki, karvansara XV əsrin sonunda İçərişəhərin ticarət magistralının üzərində tikilib. Sıratağlı dini-memarlıq kompleksinin ərazisində təşkil edilmiş daş ekspozisiya qonaqların diqqətini cəlb edib. Qonaqların İçəri Şəhərlə tanışlığı Bakı şəhərinin simvoluna çevrilmiş, dünya əhəmiyyətli abidə Qız Qalası ilə davam etdirilib. Sonda qonaqlar Məhəmməd Məscidi ilə tanış olub və burada beynəlxalq tələblərə uyğun aparılmış muzey-konservasiya işləri barədə məlumatlandırılıblar.
URL / WWW
http://kelam.az/article/a-2731.html