Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Cəmiyyət » Rayonlarda yenidən güclü qar yağacağı gözlənilir
14.01.11 15:57

Sabahdan Azərbaycanın rayonlarında yenidən güclü qar yağacağı gözlənilir. Bu barədə məlumatı KƏLAMİNFO-ya Milli Hidrometeorologiya Departamentindən veriblər. Sabah respublika üzrə hava şəraitinin gecə və səhər dumanlı olacağı, bəzi şimal və qərb rayonlarında qeyri-sabit keçəcəyi, yağıntılı olacağı, dağlıq və dağətəyi rayonlarda sulu qar, qar yağacağı ehtimal olunur. Şimal-qərb küləyinin əsəcəyi gözlənilir. Havanın temperaturu gecə 3 dərəcə şaxtadan 2 dərəcəyədək isti, gündüz 8-10 dərəcə isti, dağlarda gecə 3-8 dərəcə şaxta, gündüz 2-7 dərəcə isti təşkil edəcək. Bakıda və Abşeron yarımadasında isə sabah hava şəraitinin dəyişkən buludlu əsasən yağmursuz keçəcəyi, axşam buludluluğun artacağı ehtimal olunur. Cənub-qərb küləyinin əsəcəyi, axşam şimal-qərb küləyi ilə əvəz olunacağı gözlənilir. Havanın temperaturu gecə 4-6, gündüz 8-10 dərəcə isti təşkil edəcək.
URL / WWW
http://kelam.az/article/a-2729.html