Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Dövlət və din » Bu gün Avropa Komissiyasının sədri Joze Manuel Barrozunun Azərbaycana səfəri başlayır
13.01.11 18:06

Bu gün Avropa Komissiyasının sədri Joze Manuel Barrozunun Azərbaycana səfəri başlayır. KƏLAMİNFO xəbər verir ki, səfər çərçivəsində J.M.Barrozu bu gün prezident İlham Əliyevlə görüşəcəyi və Cənub dəhlizinin yaradılmasına dair birgə bəyannamə imzalayanacağı gözlənilir. Avropa Birliyinin rəsmisi Azərbaycanın dövlət başçısı ilə “AB-Azərbaycan: modernləşmək üçün tərəfdaşlıq” adlı birgə bəyannaməni də razılaşadırcacaq. J.M. Barrozu yanvarın 14-də Baş nazir Artur Rəsizadə ilə görüşəcək, daha sonra Azərbaycan universitetlərindən birində Azərbaycan-Avropa Birliyi münasibətləri mövzusunda mühazirə söyləyəcək. Avropa Komissiyasının prezidenti yanvarın 14-də Azərbaycandan Türkmənistana yola düşəcək. Avropa Komissiyasının sədrini səfərdə Avropa Birliyinin energetika məsələləri üzrə komissarı Günter Ottinger müşayiət edəcək. Səfər ərəfəsində J.M. Barrozu bildirib ki, Azərbaycan və Türkmənistan Avropa İttifaqı üçün “Şərq tərəfdaşlığı” proqramı çərçivəsində və Mərkəzi Asiya Strategiyası üzrə əsas tərəfdaş ölkələrdir. “Biz bu ölkələrlə münasibətlərimizi dərinləşdirmək istəyirik”,-deyən AB rəsmisi qeyd edib ki, AB enerji resursları təchizatının uzunmüddətli təhlükəsizliyinə böyük maraq göstərir: “Biz bu məqsədlə Cənub qaz dəhlizinin reallaşdırılmasını misal çəkə bilərik. Bu layihə Xəzər regionundan Avropa istehlakçılarına birbaşa qaz tədarük edəcək. Mən əminəm ki, biz birlikdə bu stateji təşəbbüsün həyata keçirilməsi üçün lazımi şərait yaradacağıq”,-deyə J.M.Barrozu vurğulayıb.
URL / WWW
http://kelam.az/article/a-2728.html