Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Cəmiyyət » Azərbaycanda “Aktual.az” saytı fəaliyyətə başlayıb
13.01.11 18:06

Bu həftədən etibarən Azərbaycanda “Aktual.az” saytı fəaliyyətə başlayıb. Saytla tanış olan kimi yəqin ki, hamını bu sual maraqlandıracaq: bu qədər internet informasiya saytları bolluğunda “Aktual.az”a nə ehtiyac var idi? KƏLAMİNFO xəbər verir ki, bu suala “Aktual.az”ın cavabı çox sadədir: ehtiyac var idi...“Aktual.az” ölkə və dünyada baş vermiş günlük hadisələri əks etdirməklə yanaşı, bu gün Azərbaycanın informasiya bazarında ən çox ehtiyac duyulan düşüncə və fikir saytına çevrilməyə çalışacaq. Fəaliyyəti dövründə yeganə məqsədləri yalniz internet informasiyasının yaxşı tərəflərini oxuculara təqdim etmək olacaq. “Çalışacağıq ki, xeyli vaxtınızı itirdikdən sonra “mən bu sayta niyə girdim axı?!”,-deyib heyfslənməyəsiniz, biz sizin vaxtınınız oğrusu olmayacağıq. “Aktual.az” bir çox internet resursları kimi şərin yanında yer almayacaq, yalnız xeyirin yanında olacaq”,-deyə “Aktual.az”dan bildiriblər.
URL / WWW
http://kelam.az/article/a-2725.html