Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Cəmiyyət » Nazirlər Kabineti Gənclər və İdman Nazirliyinin kollegiyasına dəyişiklik edib
13.01.11 18:06

Nazirlər Kabineti “Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin kollegiyasının tərkibi haqqında” qərarına dəyişiklik edib. KƏLAMİNFO Nazirlər Kabinetinin rəsmi saytına istinadən xəbər verir ki, kollegiyanın üzvü Novruzov Sucaxan Müseyib oğlu İsmayılov Xəqani Eldar oğlu ilə əvəzlənib. Nazirlər Kabineti bu qərarı Gənclər və İdman Nazirliyinin təklifi əsasında verib. Qeyd edək ki, Sucaxan Novruzov bu yaxınlaradək Naxçıvan Muxtar Respublikasının gənclər və idman naziri olub. O, hazırda Muxtar Respublikanın Həmkarlar Konfederasiyasının sədridir. Xaqani İsmayılov isə Naxçıvanın yeni gənclər və idman naziridir.
URL / WWW
http://kelam.az/article/a-2723.html