Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Cəmiyyət » Səhiyyə Nazirliyi lisenziyasız fəaliyyət göstərən 42 apteki cərimələyib
14.01.11 02:05

Səhiyyə Nazirliyinin Dərman vasitələrinin Analitik Ekspertiza Mərkəzinin Dərmanların Keyfiyyətinə Nəzarət şöbəsi tərəfindən respublika ərazisində fəaliyyət göstərən əczaçılıq müəssisələrində reydlər keçirilib. Bu barədə məlumatı KƏLAMİNFO-ya nazirliyin mətbuat xidmətindən veriblər. Reydlər əczaçılıq fəaliyyəti qaydalarını yoxlamaq məqsədi ilə təsdiq olunmuş plana əsasən və plandan kənar təkrar aparılıb. Ümumilikdə respublika üzrə 860 aptek təşkilatına baxış keçirilib ki, bunlardan 324 aptekin xüsusi razılıq (lisenziya) əsasında, 463 aptekin Əczaçılıq və Tibb Sənayesi Birliyinin tabeliyində, 73 aptekin qeyri-qanuni fəaliyyət göstərməsi aşkarlanıb. Aşkar olunan qeyri-qanuni apteklərin fəaliyyətləri tərəfimizdən dayandırılıb. Xüsusi razılıq (lisenziya) olmadan əczaçılıq fəaliyyəti ilə məşğul olma faktı ilə əlaqədar könüllü şəkildə fəaliyyətlərini dayandırmayan 42 aptekə İnzibati Xətalar Məcəlləsinin 64.1. maddəsi ilə cərimə protokolları tərtib edilib. Həmçinin keçirilən reydlər nəticəsində dövlət qeydiyyatı və müvafiq yararlıq sertifikatı olmayan 4046 seriya (26587 qutu), istifadə müddəti bitmiş 415 qutu dərman preparatları tərəfimizdən aşkar olunaraq müsadirə edilib.
URL / WWW
http://kelam.az/article/a-2722.html